“Ferrari” Şarl Leklerlə müqavilə müddətini 2024-cü ilə qədər yeniləyib.

Qarşıdakı 5 il ərzində fransalı pilot hər mövsümə 9 milyon avro məvacib alacaq. Belə ki, Leklerin 2020-ci ilə qədər olan müqaviləsində bu məbləğ 3 dəfə az idi.

Xatırladaq ki, Şarl son 2 mövsümdə “Ferrari”nin heyətində çıxış edib. O, bu mövsüm komanda yoldaşı Sebastyan Fetteli 24 xal fərqi ilə qabaqlayaraq bütün diqqətləri öz üzərinə cəlb etməyi bacarıb.